ABŞ Konqresinin Nümayəndələr Palatası 895 milyard dollarlıq NDAA qanun layihəsini qəbul edib

2024/12/1734077918.jpg
Oxunub: 438     14:09     13 Dekabr 2024    
ABŞ Konqresinin Nümayəndələr Palatası Müdafiə Nazirliyinin (Pentaqon) 2025-ci maliyyə ili büdcəsini özündə əks etdirən və ölkənin müdafiə xərcləri siyasətlərini müəyyən edən 895 milyard dollarlıq Milli Müdafiə Səlahiyyəti Aktı (NDAA) qanun layihəsini qəbul edib.

Ordu.az xəbər verir ki, Nümayəndələr Palatasının üzvləri qanun layihəsinə bəzi dəyişikliklər edildikdən sonra 895 milyard dollarlıq NDAA qanun layihəsinə səs veriblər.

Demokrat üzvlərin yarıdan çoxunun “xeyr” səs verdiyi qanun layihəsi 140 əleyhinə, 281 lehinə səslə qəbul edilib.

Qanun layihəsində bütün digər ordu mənsublarının 4,5 faiz maaş artımına əlavə olaraq, xüsusilə sıravi əsgərlərin 14,5 faiz maaş artımı daxildir.

Çinin son vaxtlar infrastruktur inkişafını artırdığı Hind-Sakit okean regionunda ABŞ-nin hərbi mövcudluğunun genişləndirilməsinə diqqət yetirən qanun layihəsinə Sakit Okean Çəkindiricilik Təşəbbüsü üçün 2 milyard dollar da daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Konqres   NDAA  


Bizi "telegram"da izləyin