Türkiyə MN: “Sarp” Qülləli Təkmilləşdirilmiş ZPD-nin yoxlama və qəbul fəaliyyətləri tamamlanıb

2024/12/1734077575.jpg
Oxunub: 477     17:11     13 Dekabr 2024    
Təkmilləşdirilmiş Zirehli Personel Daşıyıcısı (ZPD) vasitələrinin yeni texnoloji alt sistemlərlə modernləşdirilməsi davam edir və bu vasitələr Türkiyə Quru Qoşunları Komandanlığının inventarına daxil edilir.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk məlumat verib.

Onun sözlərinə görə, yerli və milli müdafiə sənayesi məhsulları ilə Türkiyə Silahlı Qüvvələrinin imkan və qabiliyyətlərinin artırılması istiqamətində fəaliyyətlər davam edir.

“Bu çərçivədə, müxtəlif miqdarda “Sarp” Qülləli Təkmilləşdirilmiş ZPD-nin yoxlama və qəbul fəaliyyətləri Quru Qoşunları Komandanlığımız tərəfindən tamamlanıb”, - deyə Aktürk qeyd edib.

ZPD-lər uzun xidmət müddəti, artırılmış performans və etibarlılıq təklif edir. O, azaldılmış təlim vaxtı və dəyəri ilə logistik dəstək tələbinə cavab verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MN  


Bizi "telegram"da izləyin