Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin “Defenceturk.net” nəşri yazıb.
Nəşr qeyd edib ki, SAHA EXPO 2024 sərgisində uzun illərdir sektorun peyk istehsalçıları və alt sistem inkişaf etdirici şirkətləri ilə yanaşı, son zamanlar sosial media hesablarında işlərini əks etdirən şirkətlərin məhsulları da iştirak edib.
“Bununla belə, qeyd olunan məhsulların sayı az olduğundan və sektorun sərgilərə yanaşması məlumat mübadiləsindən çox məhsul nümayişi olduğundan, Türkiyənin kosmos sənayesində məlum məhsullar/sistemlərlə bağlı çox az irəliləyiş əldə edilib. SAHA EXPO 2024-də Türkiyə Kosmos Agentliyinin koordinasiyası ilə yaradılan Türkiyə Kosmos Stendində kosmik texnologiyalar üzərində çalışan dövlət və özəl sektor nümayəndələri inkişaf etdirdikləri məhsullarla iştirak ediblər. Stenddə “TÜBİTAK Enstitüleri”, TUSAŞ, PLAN S, ROKETSAN, “Fergani Uzay”, “Delta V Uzay Teknolojileri”, PROFEN və “SDT Uzay ve Savunma Teknolojileri” şirkətləri iştirak edib. Müxtəlif rover yarışlarında iştirak edən universitet tələbələri də hazırladıqları məhsullarla stenddə yer alıblar. Bundan əlavə, Türkiyənin ilk astronavtları Alper Gezeravcı və Tuva Cihangir Atsever də stenddə gənclər və sənaye mütəxəssisləri ilə bir araya gəlib”, - deyə nəşr bildirib.
Sevinc Əliyeva
Ordu.az