Ordu.az xəbər verir ki, Hindistan və Rusiya arasında uzun mənzilli erkən xəbərdarlıq sistemi olan “Voronej” radarının alınması üçün 4 milyard dollarlıq müqavilə bağlanacağı gözlənilir.
Hindistan və Rusiya rəsmiləri tədarük üçün ilkin görüş də keçiriblər.
“Voronej” radarı uzaq məsafələrdən ballistik raketləri və stels tipli təyyarələri aşkarlaya bilən çox təkmil sensor sistemi kimi tanınır. Bu sistem şaquli istiqamətdə 8000 kilometr, üfüqi istiqamətdə isə 6000 kilometr aşkarlama qabiliyyətinə malikdir.
Radar hədəfin trayektoriyası, sürəti və təsnifatı haqqında topladığı məlumatları mərkəzi prosessual mərkəzə ötürür. Bu məlumatlar peyklərdən və digər sensorlardan alınan məlumatları birləşdirərək, ərazinin real vaxtda xəritəsini yaratmaq imkanına malikdir.
“Voronej” radar seriyası dörd müxtəlif variantdan ibarətdir: M, DM, SM və VP. Hindistanın hansı modeli seçəcəyi hələlik bəlli deyil.
Sevinc Əliyeva
Ordu.az