Paraqvay səfirliyini Təl-Əvivdən Qüdsə köçürməklə bağlı qərar qəbul edib

2024/12/1734067293.jpg
Oxunub: 431     08:36     13 Dekabr 2024    
Paraqvay İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürməklə bağlı qərar qəbul edib.

Ordu.az xəbər verir ki, Fələstin qərara sərt reaksiya verərək bunun beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələrinin açıq şəkildə pozulması kimi qiymətləndirib.

Fələstinin Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Paraqvayın tarixin yanlış tərəfində durduğu bildirilib.

Qeyd edək ki, Paraqvayın Təl-Əvivdəki səfirliyi dünən təşkil edilən mərasimlə yenidən Qüdsə köçürülüb.

Qərbi Qüdsdə keçirilən açılış mərasimində Paraqvay prezidenti Santiaqo Pena və İsrailin baş naziri Benyamin Netanyahu iştirak ediblər.

Xatırladaq ki, Paraqvay 2018-ci ilin mayında səfirliyini Təl-Əvivdən Qüdsə köçürüb. Bu addımdan təxminən 6 ay sonra səfirlik yenidən Təl-Əvivə köçürülüb.

Beləliklə də Paraqvay ABŞ, Qvatemala, Honduras, Kosovo və Papua Yeni Qvineyadan sonra səfirliyini Qüdsə köçürən altıncı ölkə olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paraqvay   Təl-Əviv   Qüds  


Bizi "telegram"da izləyin