Bir gündə Qəzzada ən azı 71 fələstinli həlak olub

2024/12/1734066900.jpg
Oxunub: 419     06:00     13 Dekabr 2024    
İsrailin Qəzza zolağının mərkəzində yerləşən Nuseyrat qaçqın düşərgəsinə endirdiyi hava zərbəsi nəticəsində 8-i uşaq olmaqla azı 33 nəfər həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, hava hücumunda 50-dən çox insan yaralanıb, yaşayış binaları atəşə tutulub.

Qətərin “Əl-Cəzirə” telekanalının məlumatına görə, İsrailin hücumları nəticəsində son 24 saat ərzində Qəzzada ən azı 71 fələstinli həlak olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin