Ordu.az xəbər verir ki, Türkiyədə əsaslı ixrac yönümlü bir şirkət kimi fəaliyyət göstərən “ORSO Off-Road Solutions” tərəfindən hazırlanan və 10-dan çox ölkəyə ixrac edilən çoxməqsədli xüsusi ərazi vasitəsi YETX bu həllərdən biri kimi diqqət çəkir.
YETX çoxməqsədli xüsusi ərazi vasitəsinin unikal dizaynı ona bütün növ ərazilərdə hərəkət etməyə və istənilən hava şəraitində işləməyə imkan verir.
YETX Baş direktoru Erman Ersöz vasitənin xilasetmə, mədənçilik, mülki müdafiə, humanitar yardım və milli müdafiə kimi bir çox məqsədlər üçün istifadə edilə biləcəyini deyib.
“Vasitələrimizi Bursa Sərbəst Bölgəsində, Gemlik rayonunda istehsal edirik. Vasitəmizi istehsal etdikdən sonra ixrac edirik. Vasitələrimizi dünyanın bir çox qitələrinə və subkontinentlərinə, əsasən də Şimali Amerikaya göndəririk. Vasitəmiz axtarış-xilasetmə, dağ-mədən, mülki müdafiə, humanitar yardım və milli müdafiə sektorlarında fəaliyyət göstərə bilər. Bir çox qurumlarda, dövlət qurumlarında və özəl sektorlarda istifadə olunur”, - deyə o qeyd edib.
Ersöz bildirib ki, YETX təxminən iki ton yarım çəkiyə, 4 təkərə, yanacaq çəninə malik olan və həmçinin 35 dərəcə dırmana bilən xüsusi amfibiya vasitəsidir.
Sevinc Əliyeva
Ordu.az