ASELSAN xarici müştəriləri ilə 30,7 milyon dollar dəyərində faydalı yük ixracı ilə bağlı razılığa gəlib

2024/12/2024--1733995672.jpg
Oxunub: 463     12:40     14 Dekabr 2024    
ASELSAN xarici müştəriləri ilə 30,7 milyon dollar dəyərində faydalı yük ixracı müqaviləsi imzalayıb.

Ordu.az xəbər verir ki, ASELSAN xarici müştərilərinin son istifadəsi üçün nəzərdə tutulmuş qabaqcıl müdafiə sistemlərinin ixracı ilə bağlı mühüm müqavilələr imzaladığını açıqlayıb.

Şirkət tərəfindən verilən açıqlamaya görə, bu müqavilələr dost-düşmən tanıma, elektro-optik sistemlər, uzaqdan idarə olunan stabilləşdirilmiş silah sistemləri və rabitə sistemləri kimi kritik əhəmiyyətli yükləri əhatə edir.

İmzalanan müqavilələrin ümumi dəyərinin 30,7 milyon dollar olduğu açıqlanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Türkiyə  


Bizi "telegram"da izləyin