Ordu.az xəbər verir ki, Çinin regionda artan nüfuzu fonunda Yaponiya hökuməti ABŞ də daxil olmaqla, həmfikir ölkələrlə müdafiə sahəsində əməkdaşlığı gücləndirir.
“Kyodo” xəbər agentliyinin məlumatına görə, Yaponiya müdafiə naziri Nakatani Gen paytaxt Tokioda ABŞ müdafiə naziri Lloyd Ostin ilə görüşüb.
Görüş zamanı Nakatani və Ostin Yaponiya-ABŞ-Cənubi Koreya əməkdaşlığının regionda sülh və sabitlik üçün vacib olduğu barədə razılığa gəliblər.
ABŞ Müdafiə Nazirliyinin bəyanatına görə, görüş zamanı iki nazir üç ölkənin əməkdaşlığını gücləndirmək barədə razılığa gəliblər.
Sevinc Əliyeva
Ordu.az