Ordu.az xəbər verir ki, bu barədə “UK Defence Journal” məlumat yayıb.
Britaniyanın hərbi bazaları son vaxtlar casusluq iddiaları ilə üzləşib.
Müdafiə Nazirliyi Yönləndirilmiş Enerji Silahlarının (DEWs) inkişaf etdirilməsi və yerləşdirilməsi yolu ilə Britaniya və müttəfiq hərbi bazalarının təhlükəsizliyini yaxşılaşdırmaq üçün səylərini açıqlayıb.
Müdafiə üzrə dövlət naziri Mariya İql hərbi bazaların inkişaf edən təhlükələrdən qorunmasında DEW-lərin rolunu vurğulayıb.
“DEW texnologiyası birbaşa hücuma və ya silahın çatdırılmasına yönəlmiş pilotsuz uçuş aparatlarının artan təhlükəsinə qarşı çıxır, onları zərərsizləşdirməklə və ya müvəffəqiyyət ehtimalını əhəmiyyətli dərəcədə azaltmaqla, bu cür cəhdlərin qarşısını alır”, - deyə o qeyd edib.
Sevinc Əliyeva
Ordu.az