Ordu.az xəbər verir ki, Qətər 12 əlavə “Eurofighter Typhoon” döyüş təyyarəsi sifariş etməyə hazırlığını elan edərək, hərbi aviasiya potensialını gücləndirmək istiqamətində yeni addım atıb.
Böyük Britaniya ilə müdafiə əlaqələrini gücləndirmək məqsədi daşıyan bu tələb Qətər Əmiri şeyx Tamim bin Həməd əl Taninin Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşündən sonra açıqlanıb.
Qətər tərəfindən yayımlanan birgə bəyanatda Qətər Əmiri Hərbi Hava Qüvvələri (HHQ) ilə Böyük Britaniya Kral HHQ arasında mövcud ortaqlığın 2030-cu ildən sonraya qədər uzadılmasına dair razılığın əldə edildiyi bildirilib.
Açıqlamada Qətər və Britaniyanın hər iki ölkədə təlim, məşq və buraxılış prosesləri vasitəsilə pilotların bacarıqlarını artırmağa davam etmələrini təmin edəcəyi bildirilib.
Qətərin bu əməkdaşlığa dəstək məqsədilə əlavə 12 ədəd “Eurofighter Typhoon” təyyarəsi alacağı da paylaşılıb.
Təxminən 2,8 milyard funt-sterlinq dəyərində olan müqavilə “BAE Systems”in istehsal obyektlərinə fayda verəcək və bu mühüm obyektlərdə əməliyyatların davamlılığını təmin edəcək.
Bu yeni sifariş Qətərin 2017-ci ildə 5,6 milyard avroya aldığı 24 ədəd “Typhoon” döyüş təyyarəsinə əlavədir və ona Fransanın “Rafale”, ABŞ-nin F-15QA təyyarələrinin daxil olduğu parkını daha da genişləndirməyə imkan verir.
Sevinc Əliyeva
Ordu.az