“Anduril” elektrik sualtı döyüş platforması “Dive-XL” ilə yeni bir ilkə imza atdı

2024/12/1733994792.jpg
Oxunub: 456     15:31     13 Dekabr 2024    
“Anduril Industries” özünün kommersiya xarakterli böyük avtonom sualtı platforması (XL-AUV) “Dive-XL”nin 100 saatlıq tək səyahət uğurunu əldə etdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu, indiyə qədər həyata keçirilmiş ən uzun səyahət müddətidir.

ABŞ-nin müdafiə texnologiyaları şirkəti “Anduril Industries” kommersiya məqsədləri üçün hazırlanan çox böyük avtonom sualtı platforma “Dive-XL”nin bir səyahətdə 100 saat su altında qalaraq, yeni bir mərhələyə çatdığını açıqlayıb.

Bu performans öz sinfindəki platformalar üçün indiyə qədər əldə edilmiş ən uzunmüddətli missiya kimi seçilir.

“Dive-XL” həm Avstraliyada, həm də ABŞ-də davamlı sınaqdan keçir. Platforma Avstraliya Kral Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Ghost Shark” proqramı çərçivəsində suveren tutuma çevrilərkən, Birləşmiş Ştatlar da bu texnologiyanı öz HDQ-sinə inteqrasiya etməyin yollarını araşdırır.

“Dive-XL”in həm insanlı, həm də insansız dəniz platformaları ilə ahəngdar işləyə bilən dəstək platforması kimi istifadə edilməsi planlaşdırılır.

Tam elektrik enerjisi ötürmə sistemi ilə işləyən və həftələrlə su altında qala bilən “Dive-XL” hibrid sistemlərə sahib insansız sualtı platformalardan fərqli olaraq, səthə çıxmadan fəaliyyətini davam etdirə bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Anduril   Dive-XL  


Bizi "telegram"da izləyin