Rusiya XİN ölkə vətəndaşlarını ABŞ-yə səfərdən çəkinməyə çağırıb

2024/09/1725956839.jpg
Oxunub: 434     15:32     11 Dekabr 2024    
ABŞ-a səyahət rusiyalılar üçün ciddi risklərlə doludur.

Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyasının vətəndaşları Vaşinqton üçün ov obyektinə çevrilib.

Rusiya XİN sözçüsü bütün bunların fonunda ölkə vətəndaşlarını ABŞ və onun müttəfiqi olan dövlətlərə səfərdən çəkinməyə çağırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin