“Taliban”ın qaçqınlarla iş üzrə naziri Kabildəki partlayışda həlak olub

2024/11/1732355807.jpg
Oxunub: 387     15:13     11 Dekabr 2024    
“Taliban” radikal hərəkatı tərəfindən formalaşdırılan Əfqanıstan hökumətinin qaçqınlarla iş üzrə naziri Xəlil ur-Rəhman Həqqani Kabildə nazirliyin binasında baş verən partlayış nəticəsində həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə TASS "Al Jazeera" telekanalına istinadən məlumat yayıb.

"Əfqanıstanın qaçqınlarla iş üzrə naziri Xəlil Həqqani Kabilin mərkəzində nazirlik binasında baş verən partlayış nəticəsində həlak olub", - məlumatda bildirib.

Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Taliban   Əfqanıstan  


Bizi "telegram"da izləyin