“Queen Elizabeth” aviadaşıyıcı gəmisinə ilk dəfə olaraq qadın komandir təyin edilib

2018/12/HMS-Q-1544514353.jpg
Oxunub: 423     14:46     11 Dekabr 2024    
Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinin qadın zabiti Kler Tompson “Queen Elizabeth” aviadaşıyıcı gəmisinin komandiri təyin edilib.

Ordu.az əbər verir ki, “UK Defence Journal” nəşrinin məlumatına görə, belə bir gəmiyə komandanlıq Birləşmiş Krallığın tarixində ilk dəfə olaraq qadına həvalə edilib.

Kler Tompson Kral Donanmasının qlobal əməliyyatlarına verdiyi mühüm töhfəyə görə Britaniya İmperiyasının ordeni ilə təltif edilib. 2005-ci ildə Hərbi Dəniz Qüvvələrinə qatılan zabit Atlantik okeanı, Karib hövzəsi, Aralıq və Baltik dənizləri də daxil olmaqla müxtəlif missiyalarda xidmət edib.

“Montrose” freqatının ekipajı onun komandanlığı altında narkotik vasitələrin və qanunsuz silah qaçaqmalçılığının qarşısını almaq üçün bir sıra uğurlu əməliyyatlar həyata keçirib.

Qeyd edək ki, “Queen Elizabeth” aviadaşıyıcı gəmisi göyərtəsində şaquli eniş edə bilən 36 ədəd F-35B qırıcısı və dörd ədəd helikopter daşımaq üçün nəzərdə tutulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Queen-Elizabeth   Britaniya  


Bizi "telegram"da izləyin