Cənubi Koreya “Meteor” raketlərini KF-21 döyüş təyyarəsinə inteqrasiya edib

2024/12/1733909301.jpg
Oxunub: 460     14:27     11 Dekabr 2024    
Müdafiə sənayesi istehsalçısı MBDA “Meteor” görmə xəttindən kənar mənzilli “hava-hava” raketinin Cənubi Koreyanın yeni nəsil döyüş təyyarəsi KF-21 “Boramae”yə uğurla inteqrasiya olunduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, “Korea Aerospace Industries” (KAI) və Cənubi Koreyanın Müdafiə Satınalma Proqramı İdarəsi (DAPA) arasında əməkdaşlıq rekord müddətdə mürəkkəb təyyarə inteqrasiyasına nail olmaqla, beynəlxalq əməkdaşlığın təməlqoyma səviyyəsini nümayiş etdirib.

“Meteor” raketi görmə xəttindən kənar mənzil və kinematik performansı təmin edən “ramjet” mühərrikinə malikdir.

“Meteor” raketinin bu “ramjet” mühərriki uçuş boyu gücünü qoruyub saxlayır, misilsiz manevr qabiliyyətini təmin edir və hədəflərin qaçışının olmamasına zəmanət verir.

MDBA-nın məlumatına görə, “Meteor” raketlərinin KF-21 platformasına inteqrasiyası aerodinamika, maşınqayırma, radar, məlumat ötürülməsi və proqram təminatının inkişafı da daxil olmaqla, bir çox mühəndislik intizamlarında peşəkarlaşmağı tələb edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Meteor   Raket  


Bizi "telegram"da izləyin