Ordu.az xəbər verir ki, PUA texnologiyasında özlərini təkmilləşdirən türkiyəli şagirdlər xaricdəki müsabiqəyə qəbul olunublar.
Lisey şagirdi Erdem Kürşat Bakır “Baykar” və TUSAŞ kimi şirkətləri təqlid edərək, bu yola çıxdıqlarını deyib.
Fahrettin Kerim Gökay Anadolu Liseyi (FKGAL) şagirdlərinin yaratdığı aviasiya klubu iyunun 24-26-da ABŞ-də keçiriləcək “Student Unmanned Aerial Systems (SUAS) 2025” PUA yarışmasında Türkiyəni təmsil edəcək.
FKGAL Aviasiya Klubunun şagirdləri ABŞ-də keçiriləcək SUAS 2025-də iştirak edəcəklər, burada dünyanın hər yerindən universitet və orta məktəb komandaları dizayn etdikləri PUA ilə yarışacaqlar.

Sevinc Əliyeva
Ordu.az