MİLGEM “Ada” sinfinə məxsus korvetlər missiyasının başında

2024/12/2024--1733897777.jpg
Oxunub: 473     14:14     11 Dekabr 2024    
Dəniz Layihələri çərçivəsində gəmi dizaynı, inşası və modernləşdirilməsi sahələrində yüksək texnologiya yönümlü mühəndislik həlləri təqdim edən STM sosial mediada MİLGEM “Ada” sinfinə məxsus korvetlər haqqında paylaşım edib.

Ordu.az xəbər verir ki, paylaşımda aşağıdakı ifadələr yer alıb:

“Türkiyə Hərbi Dəniz Qüvvələrinin və türkiyəli mühəndislərin işi olan MİLGEM “Ada” sinfinə məxsus korvetlər bənzərsiz dizaynı, qabaqcıl radioelektron mübarizə sistemləri, müasir döyüş idarəetmə sistemi və milli texnologiyaları ilə “Mavi Vətən”in (Türkiyədəki dənizlər-red.) təhlükəsizliyində hər zaman xidmətdədir!

TCG “Heybeliada” (F-511)
TCG “Büyükada” (F-512)
TCG “Burgazada” (F-513)
TCG “Kınalıada” (F-514)”.


“Ada” sinfinə məxsus korvet hava, suüstü və sualtı hədəfləri aşkar edə, yerini müəyyənləşdirə, təsnif edə, diaqnoz qoya, məhv edə və Dəniz Artilleriya Atəşi Dəstəyi təmin edə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MİLGEM   Türkiyə  


Bizi "telegram"da izləyin