Çin ABŞ-nin çip istehsalçısı “Nvidia”ya qarşı antiinhisar təhqiqatına başlayıb

2024/12/2024--1733897632.jpg
Oxunub: 538     18:23     11 Dekabr 2024    
Çində ABŞ-nin çip istehsalçısı “Nvidia”ya qarşı antiinhisar qaydalarını pozduğuna görə araşdırmaya başlanıldığı bildirilib.

Ordu.az xəbər verir ki, Çin Dövlət Bazar Tənzimləmə İdarəsindən verilən açıqlamada “Nvidia”nın İsrailin çip dizayn şirkəti “Mellanox Technologies”i satın almasının Çinin Antiinhisar Qanununu pozduğu şübhəsi ilə araşdırılacağı bildirilib.

Çinin araşdırma addımı bu ayın əvvəlində ABŞ-də Co Bayden administrasiyasının çip sənayesinə tətbiq etdiyi əlavə məhdudiyyətlərdən sonra atılıb.

“Nvidia” 2019-cu ildə İsrailin şəbəkə bağlantısı məhsulları və həlləri hazırlayan “Mellanox”u 6,9 milyard dollara satın salıb.

“Nvidia”nın qrafik emal bölmələri (GPU) və “Mellanox”un yüksək sürətli şəbəkə bağlantısı aparatları və əlaqəli proqram təminatının ədalətli, ağlabatan və ayrı-seçkiliyə yol vermədən Çin bazarına təqdim edilməsi şərti ilə Çin səlahiyyətliləri satışı 2020-ci ilin aprel ayında təsdiqləyiblər.

Bayden administrasiyası 2022-ci ildə Çinə ixrac üçün ABŞ-nin çip istehsalçıları “Nvidia” və AMD-yə lisenziya tələbləri qoyub və yüksək texnologiyalı çip modellərinin ixracını qadağan edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   ABŞ   Nvidia  


Bizi "telegram"da izləyin