Malayziya korvet layihəsinin təməlqoyma mərasimi keçirilib

2024/12/1733897408.jpg
Oxunub: 354     11:48     11 Dekabr 2024    
İstanbulda Malayziya Kral Hərbi Dəniz Qüvvələri üçün “STM Savunma Teknolojileri Mühendislik ve Ticaret AŞ” tərəfindən inşa ediləcək 3 korvetin təməlqoyma mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə STM-in açıqlamasında qeyd olunub.

Açıqlamaya görə, STM LMS “Batch-2” proqramı çərçivəsində Malayziya Kral HDQ üçün hazırlayacağı 3 korvet üzərində işə başlayıb.

STM-in əsas podratçılığında başlayan layihədə korvetlərin təməlqoyma mərasimi “İstanbul Denizcilik AŞ Tersanesi”ndə keçirilib.

Mərasimdə Malayziyanın Ankaradakı səfiri Sazali Bin Mustafa Kamal, Malayziya Kral HDQ komandanı admiral Datuk Zulhelmy Bin İthnain, Malayziya Müdafiə Nazirliyinin baş katibinin müavini Mohd Bakhari Bin İsmayıl və STM Baş direktoru Özgür Güleryüz iştirak ediblər.

Açıqlamada fikirlərinə yer verilən Güleryüz STM-nin Türkiyənin hərbi dənizçilik sahəsində lider şirkəti olduğunu və Türkiyə HDQ-yə müasir, milli döyüş gəmiləri təqdim etdiyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Malayziya   Türkiyə   Korvet  


Bizi "telegram"da izləyin