Lukaşenko: "Oreşnik" raketləri Qərbin addımlarına cavabdır"

2024/10/1728463149.jpg
Oxunub: 481     15:41     10 Dekabr 2024    
Belarusda Rusiyanın "Oreşnik" kompleksinin yerləşdirilməsi Qərb siyasətçilərinin addımlarına cavabdır.

Ordu.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Minsk vilayətinə səfəri zamanı bildirib.

"Amerikalılar sabah almanlarla birlikdə ola, Avropada orta mənzilli silahları yerləşdirə bilərlər. Lakin onlar "Oreşnik" deyil, orta mənzillidir. Biz də onlara cavab olaraq bu addımı atırıq", - o bildirib.

Onun sözlərinə görə, hazırda Belarusda "Oreşnik" komplekslərinin yerləşdirilməsi üçün yerlər seçilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lukaşenko   Oreşnik  


Bizi "telegram"da izləyin