Ali Yerlikaya: "Suriyalıların geri dönmələri üçün QHT-lərlə görüş keçirəcəyik"

2023/07/1690372795.jpg
Oxunub: 450     13:32     10 Dekabr 2024    
Suriyalıların geri dönmələri üçün bu ölkənin QHT-ləri ilə görüş keçirəcəyik.

Ordu.az-ın məlumatına görə, bu fikirləri Türkiyənin daxili işlər naziri Ali Yerlikaya deyib.

Nazir QHT-lərlə Suriyada həyatın canlanması məsələsini müzakirə edəcəklərini bildirib:

“Bu görüşdən sonra təfərrüatları həm vətəndaşlarımıza, həm də suriyalılara açıqlayacağıq”.

A.Yerlikaya sərhəd qapılarında yeni tədbirlər gördüklərini də əlavə edib: "Sərhəd qapılarında gündəlik 3 min tutumumuz olduğu halda, bunu 15-20 minə çatdırmışıq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yerlikaya   Suriyalılar  


Bizi "telegram"da izləyin