Ordu.az xəbər verir ki, bu barədə Tayvan administrasiyasının Müdafiə Nazirliyinin “X” sosial media platformasında verilən açıqlamada bildirilib.
Açıqlamada adanın ətrafında Çin Hərbi Dəniz Qüvvələrinə məxsus 12 döyüş gəmisi və 9 “rəsmi gəmi”nin də aşkar edildiyi bildirilib.
Ehtimal olunur ki, hərbi fəaliyyət ada ətrafında təlimdən xəbər verə bilər.
Qeyd edək ki, Çin Tayvan administrasiyasının lideri Lai Çinq-tenin ötən həftə Sakit okeanın ada ölkələri olan Marşal adaları, Tuvalu və Palauya səfərinə, ABŞ-nin Havay və Quam adalarında dayanmasına, orada danışıqlar aparmasına reaksiya verib.
Sevinc Əliyeva
Ordu.az