Cənubi Koreyada hərbi vəziyyətlə bağlı araşdırma aparılacaq

2024/12/1733821624.jpg
Oxunub: 375     13:01     10 Dekabr 2024    
Koreya Respublikasının parlamenti bu gün keçirilən iclasda ölkədəki hərbi vəziyyətlə bağlı xüsusi araşdırmanın aparılması haqqında qanun layihəsini qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Qanun layihəsi plenar iclasda təsdiqlənib. 287 deputatdan 210-u sənədin lehinə səs verib.

Qanunvericiliyə əsasən, qiyam və dövlətə xəyanətdə ittiham olunan prezidentə qarşı cinayət təqibi həyata keçirilə bilər. Bir neçə hüquq-mühafizə orqanı araşdırma aparır, prezidentin ölkədən çıxışına qadağa qoyulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Hərbi-vəziyyət  


Bizi "telegram"da izləyin