Avstraliya HDQ ilk dəfə “Tomahawk” raketindən istifadə edib

2024/12/1733821142.jpg
Oxunub: 505     14:50     10 Dekabr 2024    
Sakit okeanda Pekinlə artan gərginlik fonunda güc nümayişində Avstraliya mühüm infrastrukturu məhv edə bilən yüksək mənzilli “Tomahawk” raketləri ilə müdafiə qabiliyyətini artırıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Hərbi Dəniz Qüvvələri Komandanı vitse-admiral Mark Hammond təsdiqləyib ki, Avstraliya San Dieqo sahillərində HMAS “Brisbane” ilə sınaqdan sonra uzun mənzilli, dəqiq “Tomahawk” qanadlı raketi əldə edən və sınaqdan keçirən üçüncü ölkə olub.

Avstraliya 1,3 milyard dollar dəyərində 200-dən çox səs sürətini aşmayan raket alacaq, raketlər Avstraliyanın “Hobart” sinfinə məxsus 3 esminesində və gələcək gəmilərində, o cümlədən AUKUS çərçivəsində təhvil veriləcək “Virginia” sinfinə məxsus 3 sualtı qayıqda yerləşdiriləcək.

Hammond dəniz təhlükəsizliyinin risk altında olduğu bir vaxtda Avstraliya Kral Hərbi Dəniz Qüvvələrinin qabiliyyətinin artırılmasının vacib olduğunu bildirib.

Raketlər 2500 km mənzilə malikdir, təyyarələri və aerodromlar kimi irimiqyaslı yerüstü hədəfləri vurub məhv etməyə qadirdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   HDQ   Tomahawk  


Bizi "telegram"da izləyin