Ordu.az xəbər verir ki, ABŞ Dövlət Departamenti Britaniyanın yeni iştirakının daha geniş regional təhlükəsizlik inteqrasiyasını təşviq etmək və xarici təhdidlərə qarşı qarşılıqlı çəkindirməni gücləndirmək üçün mühüm addım olduğunu bildirib.
Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid Əl Zayani Manama dialoqunda Hərtərəfli Təhlükəsizlik İnteqrasiyası və Rifah Sazişinə toxunaraq qeyd edib: “Bu kontekstdə, bu həftə sonu Britaniyanın Bəhreyn Krallığı və ABŞ tərəfindən C-SIPA-nın üçüncü üzvü olmaq üçün rəsmi dəvət edildiyini görəcəyik”.
Qeyd edək ki, C-SIPA ilk dəfə 2023-cü ilin sentyabrında Vaşinqtonda ABŞ və Bəhreyn arasında əməkdaşlıq çərçivəsi kimi imzalanıb.
Sevinc Əliyeva
Ordu.az