Ordu.az xəbər verir ki, Türkiyənin aviasiya tarixində yeni bir addım atan “Bayraktar TB2” zərbə PUA-sı 1 milyon uçuş saatını müvəffəqiyyətlə tamamlayaraq, daha bir mühüm mərhələni geridə qoyub.
Beləliklə, “Bayraktar TB2” zərbə PUA-sı 2014-cü ildə inventara qəbul edildikdən sonra 10 illik müddətdə səmada 1 milyon saatı keçən ilk milli hava platforması olub.
Dünyanın ən böyük zərbə PUA-sı şirkəti olaraq ABŞ, İsrail və Çindəki rəqiblərini geridə qoyan “Baykar” ixracat uğuru sayəsində Türkiyəni dünya zərbə PUA-sı bazarının 65 faizinə sahib olan bir mövqeyə daşıyıb.
Bu uğurda mühüm rol oynayan “Bayraktar TB2” zərbə PUA-ları 1 milyon saatlıq uçuş zamanı səmada təxminən 150 milyon kilometr məsafə qət edib.
Sevinc Əliyeva
Ordu.az