İsrail ordusu qoşunlarının Dəməşqə doğru irəlilədiyinə dair xəbərləri təkzib edib - YENİLƏNİB

2024/12/1733818870.jpg
Oxunub: 568     13:13     10 Dekabr 2024    
İsrail ordusu qoşunlarının Dəməşqə doğru irəlilədiyinə dair xəbərləri təkzib edib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin ərəbdilli sözçüsü Aviçay Adraee “X” platformasındakı paylaşımında bildirib.

O, qeyd edib ki, bəzi KİV-lərdə İsrail ordusunun qoşunlarının irəlilədiyi və ya Dəməşqə yaxınlaşması ilə bağlı yayılan xəbərlər tamamilə yanlışdır: "İsrail ordusu yalnız Qolan təpələrində İsrail və Suriya sərhədində yerləşən bufer zonanın daxilində fəaliyyət göstərir".

***

İsrail ordusu Suriyanın paytaxtı Dəməşqin təxminən 25 kilometr cənub-qərbinə çatıb.

Ordu.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Suriya mənbələri bildirib.

Qeyd edilib ki, İsrail əsgərləri Suriya ərazisindən 10 kilometr aralıda, Qolan təpələrini Suriyadan ayıran hərbsizləşdirilmiş zonanın şərqində yerləşən Qətənə çatıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Dəməşq  


Bizi "telegram"da izləyin