Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi “X” hesabında bildirilib.
Paylaşıma görə, Kosovo Türkiyə Nümayəndə Heyətinin Təlim Bölməsi Komandanlığı tərəfindən Kosovo Təhlükəsizlik Qüvvələri 3-cü Alay Komandanlığının şəxsi heyətinə “Pulemyot (12,7 mm) Təlimi” verilib.
Türkiyə Silahlı Qüvvələri ilə Kosovo Təhlükəsizlik Qüvvələri arasında davam edən əməkdaşlıq çərçivəsində piyada silahlarından istifadə üzrə ixtisaslaşdırılmış təlimlər uğurla başa çatıb.
Bu təlimlər “Pulemyot Hazırlığı” və “Snayper Hazırlığı” başlığı altında həyata keçirilib.
Bildirilib ki, təlimin keçirilməsində məqsəd Kosovo Təhlükəsizlik Qüvvələrinin şəxsi heyətinin peşəkarlığının artırılması və piyada bölmələrinin potensialının təkmilləşdirilməsi olub.
Sevinc Əliyeva
Ordu.az