Danimarka F-35A döyüş təyyarələrinin yeni partiyasını təhvil alıb

2024/12/1733818471.jpg
Oxunub: 409     13:39     10 Dekabr 2024    
ABŞ-dən Danimarkaya 4 yeni F-35A çoxməqsədli döyüş təyyarəsi gəlib.

Ordu.az xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ölkənin yeni döyüş təyyarələri “Skridstrup” aviabazasına eniş edərək, Danimarka Kral Hərbi Hava Qüvvələrindəki bu döyüş təyyarələrinin sayını 8-ə çatdırıb.

Təyyarələr dekabrın 3-də ABŞ-nin Fort-Uort şəhərindən havaya qalxaraq, Atlantik okeanındakı Azor adalarında aralıq dayanma icra edib.

Danimarkanın bu qış daha 3 döyüş təyyarəsi alacağı və parkını 11 döyüş təyyarəsinə çatdıracağı gözlənilir.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Danimarka   F-35A  


Bizi "telegram"da izləyin