SEPAH: Suriyada İran qüvvələri qalmayıb

2024/12/1733817278.jpg
Oxunub: 389     11:43     10 Dekabr 2024    
Bəşər Əsəd hakimiyyətinin süqutunun son anına qədər İran hərbi müşavirləri və qüvvələri Suriyada olub.

Ordu.az-ın xəbərinə görə, İran İslam Şurası Rəyasət Heyətinin üzvü Əhməd Naderi SEPAH komandiri Hüseyn Səlaminin Suriyada başverənlərlə bağlı Məclisin bugünkü qapalı iclasında iştirak etdiyini bildirib.

Onun sözlərinə görə, iclasda Suriyada Əsəd hökumətinin süqutu və regional inkişafların gələcəyi müzakirə edilib.

Bildirilib ki, Bəşər Əsəd hakimiyyətinin süqutunun son anına qədər İran hərbi müşavirləri və qüvvələri Suriyada olub.

Qeyd edilib ki, indi Suriyada İran qüvvələri yoxdur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İran  


Bizi "telegram"da izləyin