Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Davor Bojinovic bildirib.
Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi səlahiyyətli qurumlara Suriya vətəndaşlarının sığınacaq almaq üçün müraciətlərinə baxılmasının müvəqqəti dayandırılması ilə bağlı göstərişlər verib. Bu proses Avropa İttifaqı səviyyəsində qərar qəbul edilənə qədər davam edəcək.
"Hamımız ümid edirik ki, Suriyadakı vəziyyət suriyalıların öz ölkələrinə qayıtmasına imkan verəcək", - Xorvatiya DİN-in mətbuat xidməti D.Bojinovicin sözlərini sitat gətirib.
Daha əvvəl Avstriya, Almaniya, Danimarka, Norveç, İsveç, Finlandiya və Kipr suriyalıların sığınacaqla bağlı müraciətlərinə baxılmasının dayandırıldığını bildirmişdi.
Ordu.az