KİV: ABŞ Suriyadakı müttəfiq qüvvələrin mühüm mövqelər tutmasına kömək edib

2024/12/1733808887.jpg
Oxunub: 417     08:23     10 Dekabr 2024    
Suriyadakı Amerika hərbçiləri müxalifət tərəfindən ələ keçirildikdən sonra müttəfiq qüvvələrə ölkədə bir sıra strateji əhəmiyyətli mövqeləri tutmağa kömək edib.

Ordu.az xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti mənbələrə istinadən yazıb.

Qeyd olunub ki, Suriyanın şərqində müxtəlif nöqtələrdə yerləşdirilmiş 800-ə yaxın ABŞ hərbçisi müttəfiq qüvvələrin səylərini koordinasiya edib və onlara Suriyanın keçmiş prezidenti Bəşər Əsəd və İranın illərlə saxladığı strateji əraziləri ələ keçirməyə şərait yaradıb.

Bundan başqa, Amerika tərəfi qonşu İraqı ölkə ərazisində yerləşən İran və İranın dəstəklədiyi hərbi qüvvələrin Suriya sərhədini keçməsinə icazə verməməyə çağırıb. Eyni zamanda Amerika qüvvələrinin diqqəti əsasən hazırda İŞİD terror qruplaşmasının Suriyadakı xaosdan yararlanmasının qarşısını almağa yönəlib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Suriya  


Bizi "telegram"da izləyin