Zelenski Ukrayna hərbi briqadalarının Almaniya və Fransadakı hazırlıqlarından danışıb

2024/12/1733203223.jpg
Oxunub: 461     22:19     09 Dekabr 2024    
ABŞ Almaniyada Ukrayna Silahlı Qüvvələrinin briqadasını hazırlayır, Fransa ilə daha bir yeni briqadanın hazırlanması ilə bağlı danışıqlar aparılır.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat yayıb.

“Fransa tərəfdən müsbət rəy aldıq, indi Fransa ilə yeni briqadanın komplektləşdirilməsi ilə bağlı müzakirələr aparacağıq. Biz Almaniya tərəfdən də müsbət rəy aldıq, səmimi olacam, alman torpağında amerikalılar bizim briqadamızı hazırlayırlar, bu onların töhfəsidir. Düzünü desəm, bu kifayət deyil, amma buna baxmayaraq, biz buna görə minnətdarıq“, - Zelenski qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna  


Bizi "telegram"da izləyin