Suriya hökuməti istefa verməyə hazır olduğunu bildirib

2024/12/1733766988.jpg
Oxunub: 523     21:41     09 Dekabr 2024    
“Prezident Bəşər Əsədə tabe olan Suriya hökuməti istefa verməyə hazırdır”.

Ordu.az xəbər verir ki, bunu ölkənin baş naziri Məhəmməd Qazi Əl-Cəlali “Al Arabiya” telekanalına açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda müxalifətlə danışıqlar davam edir: “Bizdən tələb olunan kimi səlahiyyətlərimizi ötürməyə hazırıq”.

Bundan başqa, Suriyada müxalifətin lideri, “Əbu Məhəmməd əl-Culani” ləqəbi ilə tanınan Əhməd əl-Şara deyib ki, baş nazir Məhəmməd Qazi əl-Cəlalinin rəhbərlik etdiyi hökumət keçid dövründə Suriyanın xeyrinə olacaq: “Əl-Cəlali hökuməti keçid dövründə bizə fayda verəcək”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Hökumət   İstefa  


Bizi "telegram"da izləyin