Ordu.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı mənbələrə istinadən məlumat yayıb.
“Bəşirə keçid mərhələsinə rəhbərlik etmək üçün yeni hökumətin tərkibini formalaşdırmaqla bağlı tapşırıq veriləcəyi gözlənilir”, - məlumatda deyilir.
Qeyd olunur ki, Məhəmməd Bəşir ixtisasca mühəndisdir. 2024-cü ilin yanvarından Suriya müxalifəti onu həmin vaxt nəzarət altında olan ərazilərdə baş nazir təyin edib. Bundan əvvəl isə o, müxalifət idarəetmə orqanında inkişaf və humanitar məsələlər naziri vəzifəsində çalışıb.
Xatırladaq ki, daha əvvəl Suriya müxalifəti onun rəhbərlik etdiyi yeni idarəetmə orqanının 18 aylıq keçid dövrü üçün nəzərdə tutulduğunu, o cümlədən yeni konstitusiyanın hazırlanmasına 6 ay vaxt ayrılacağını bildirmişdi.
***
Suriya yeni administrasiyasının keçid hökumətinin Baş naziri olaraq Məhəmməd əl-Bəşirinin seçilməsi gözlənilir.
Ordu.az xəbər verir ki, bu barədə "Al Jazeera' məlumat yayıb.
Ordu.az