Ukrayna və ABŞ müdafiə nazirləri cəbhədə mövcud vəziyyəti müzakirə ediblər

2023/12/65857-1703246978.jpg
Oxunub: 464     16:40     09 Dekabr 2024    
Ukraynanın müdafiə naziri Rustem Umerov ilə ABŞ-nin müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı olub.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov “X” platformasındakı paylaşımında bildirib.

“Ukrayna və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın əsas istiqamətləri, cəbhədə mövcud vəziyyəti və növbəti Ukrayna Müdafiə Əlaqə Qrupu görüşünün planlaşdırılmasını müzakirə etdik”, - Umerov qeyd edib.

Ukrayna müdafiə naziri bildirib ki, telefon danışığı zamanı Ostin ABŞ-nin Ukraynaya dəstək üçün lazım olan hər şeyi təmin etməyə hazır olduğunu bir daha təsdiqləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   ABŞ  


Bizi "telegram"da izləyin