Suriyanın Tehrandakı səfirliyi fəaliyyətini dayandırıb

2024/12/1733748008.jpg
Oxunub: 402     16:16     09 Dekabr 2024    
İranın paytaxtı Tehranda Suriyanın səfirliyi fəaliyyətini dayandırıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, diplomatik missiyanın fəaliyyətini dayandırmasına səbəb Suriyadakı hadisələr göstərilir.

Məlumata görə, səfirliyin binası qarşısında lövhə hələ də asılı qalır. Ancaq binanın üzərində heç bir bayraq asılmayıb. Səfirliyin ərazisi asayiş keşikçiləri tərəfndən qorunur.

Qeyd edək ki, Suriyanın Rusiyadakı səfirliyi əvvəlki rejimdə fəaliyyətini davam etdirir. Binanın üzərindən isə Bəşşar Əsəd hakimiyyətindən qalma bayrağı yenisi - qara, ağ və yaşıl rəngli bayraq əvəz edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İran  


Bizi "telegram"da izləyin