Makron Polşa liderləri ilə Ukraynadakı vəziyyəti müzakirə edəcək

2024/10/1729498259.jpg
Oxunub: 356     14:56     09 Dekabr 2024    
Fransa Prezidenti Emmanuel Makron dekabrın 12-də Varşavaya səfər edəcək.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Wyborcza" qəzeti məlumat yayıb.

Məlumata görə, Makron Polşanın Baş naziri Donald Tusk və Prezident Andjey Duda ilə görüşəcək.

Diplomatik mənbələr danışıqların gündəliyində Ukraynadakı vəziyyətin prioritet olacağını bildiriblər. Makron Polşa rəhbərliyinə ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp və Ukrayna dövlət başçısı Vladimir Zelenski ilə keçirdiyi görüşlər barədə məlumat verəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Polşa   Ukrayna  


Bizi "telegram"da izləyin