KİV: Suriyanın keçid hökumətinə Riyad Hicab rəhbərlik edəcək

2024/12/1733740661.jpg
Oxunub: 316     14:22     09 Dekabr 2024    
Suriyanın sabiq baş naziri Riyad Hicab ölkənin keçid hökumətinin başçısı olacaq.

Ordu.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, R.Hicab 2012-ci ilin iyunundan avqustuna qədər Suriyanın baş naziri olub. Bundan əvvəl o, 2011-2012-ci illərdə kənd təsərrüfatı və aqrar islahatlar naziri vəzifələrini tutub.

R.Hicab 2012-ci il avqustun 6-da istefaya göndərilib, bundan sonra ailəsi ilə birlikdə İordaniyaya köçüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Hicab  


Bizi "telegram"da izləyin