XİN rəhbəri: "İsrail ordusunun Suriya ərazisində mövcudluğu müvəqqətidir"

2024/12/1733737034.jpg
Oxunub: 426     13:28     09 Dekabr 2024    
"İsrail Müdafiə Qüvvələrinin Suriya ərazisində mövcudluğu müvəqqətidir".

Ordu.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İsrail xarici işlər naziri Gideon Saar mətbuat konfransında deyib.

O bildirib ki, İsrail qüvvələrinin Suriya ərazisindəki mövcudluğu Bəşər Əsədin devrilməsi ilə yaranan qarışıqlıq dövründə İsrailin təhlükəsizliyini təmin etmək məqsədi daşıyan məhdud, müvəqqəti bir addımdır.

"Bizim yeganə marağımız İsrailin təhlükəsizliyidir", - XİN rəhbəri qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Suriya  


Bizi "telegram"da izləyin