Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi İranın yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.
"İran iki ölkə arasında düşmənçilik münasibətlərinin qarşısını almaq üçün Suriyanın yeni rəhbərliyi ilə birbaşa dialoqa açıqdır", - o bildirib.
Daha əvvəl Suriyada dövlət televiziyasının binasını tutan silahlı müxalifət nümayəndələri efirdə ölkədə nəzarəti ələ keçirdiklərini bəyan ediblər. Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali və bir neçə nazir hələ də ölkədədir. Hökumət başçısı silahlı müxalifət rəhbərliyi ilə əlaqə qurduğunu bildirib.
Ordu.az