Türkiyə XİN rəhbəri: "Suriyada dünən yaşananlar bizim üçün yeni ümid işığı oldu"

2024/09/1725683016.jpg
Oxunub: 298     12:30     09 Dekabr 2024    
Suriyada dünən yaşananlar bizim üçün yeni ümid işığı oldu.

Ordu.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan 15-ci Səfirlər Konfransının açılış mərasimində bildirib.

O qeyd edib ki, Türkiyə beynəlxalq aktorların Suriyada yeni hakimiyyətin formalaşmasına dəstək verməsini gözləyir. Onun sözlərinə görə, Ankaranın bütün səylərinə baxmayaraq Əsəd hökuməti xalqı ilə sülhə getmədi.

H. Fidan ölkəsinin bundan sonra da Suriya xalqının yannda olacağını, Suriyanın ərazi bütövlüyünü dəstəkləyəcəyini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Suriya  


Bizi "telegram"da izləyin