Suriyada keçid dövrü 18 ay davam edəcək

2024/12/1733722054.jpg
Oxunub: 460     08:27     09 Dekabr 2024    
Suriyada hakimiyyət dəyişikliyindən sonra keçid dövrü 18 ay olacaq.

Ordu.az xəbər verir ki, bu barədə Suriya müxalifətinin lideri Hadi əl-Bəhrə "Middle East Eye" portalına deyib.

“Suriya müxalifətinin rəhbərlik etdiyi idarəetmə orqanı yeni konstitusiyanın hazırlanması üçün altı ay da daxil olmaqla 18 aylıq keçid dövrü üçün nəzərdə tutulub”, - o bildirib.

"Middle East Eye" məlumat yayıb ki, onun rəhbərlik etdiyi müxalifət koalisiyası daha da genişləndiriləcək və yeni konstitusiya ratifikasiya olunana qədər ölkəni keçid hökuməti idarə edəcək.

Əl-Bəhra həmçinin hesab edir ki, keçid dövrü BMT Təhlükəsizlik Şurasının 2015-ci il dekabrın 18-də qəbul edilmiş və ümummilli atəşkəs, azad və ədalətli seçkilər daxil olmaqla, Suriyada siyasi keçid üçün yol xəritəsini müəyyən edən 2254 saylı qətnaməsinə uyğun olaraq həyata keçirilməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Hakimiyyət  


Bizi "telegram"da izləyin