Ordu.az xəbər verir ki, ABŞ Hökumətinin Hesabatlılıq Bürosu tərəfindən dərc edilən hesabatda Birləşmiş Ştatların amfibiya döyüş gəmiləri parkının narahatverici vəziyyətdə olduğu vurğulanır.
Hesabatda ABŞ Dəniz Piyadaları Korpusunun kritik əməliyyatlarını dəstəkləmək üçün istifadə edilən amfibiya gəmilərinin demək olar ki, yarısının pis vəziyyətdə olduğu bildirilib.
Hesabatda bəzi gəmilərin hətta illərdir əməliyyat və ya təlim məqsədləri üçün istifadə edilə bilməyəcəyi ifadə edilib.
Hərbi Dəniz Qüvvələri qanunla ən azı 31 amfibiya gəmisindən ibarət park saxlamağı tələb edir və hazırda inventarda 32 gəmi var. Lakin GAO-nun hesabatında bu gəmilərin əksəriyyətinin maddi vəziyyətinin qeyri-adekvat olduğu bildirilib.
Sevinc Əliyeva
Ordu.az