Ordu.az xəbər verir ki, sözügedən döyüş təyyarələri qarşıdakı 24 ay ərzində təhvil veriləcək.
Bu qərar Pakistanın Hərbi Hava Qüvvələrini (HHQ) modernləşdirmək və Hindistana qarşı strateji mövqeyini gücləndirmək səylərində mühüm addımdır.
Bu çərçivədə Pakistan HHQ-dən olan pilotların təyyarəni idarə etmək üçün Çində təlim keçdiyi bildirilir.
Analitiklər qeyd edirlər ki, bu satınalma proqramı Hindistanın 2035-ci ildə xidmətə daxil olacağı gözlənilən AMCA proqramı çərçivəsində yerli istehsal etdiyi döyüş təyyarəsini təqdim edənə qədər Pakistana növbəti 8 il ərzində təyyarələrdə keyfiyyət baxımından üstünlük verə bilər.
Sevinc Əliyeva
Ordu.az