Hindistan “Rafale” döyüş təyyarələri və “Scorpene” sualtı qayıqları əldə etməyə hazırlaşır

2024/12/1733560261.jpg
Oxunub: 479     15:00     11 Dekabr 2024    
Hindistan gələn aya qədər parkı üçün 26 ədəd “Rafale” döyüş təyyarəsi və 3 ədəd əlavə “Scorpene” sualtı qayığı almaq üçün iki müqavilə imzalayacaq.

Ordu.az xəbər verir ki, Hindistan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı admiral Dineş Tripathi mətbuat konfransı zamanı satınalmanın dəyərinin təxminən 10 milyard dollar olduğunu açıqlayıb.

Son illərdə Yeni Dehli Fransa ilə “Rafale” təyyarələrini satın almaq, Fransanın “Naval Group” şirkəti və Hindistanın “Mazagon” gəmiqayırma şirkətinin obyektlərində 3 ədəd “Scorpene” sinfinə məxsus sualtı qayıq inşa etmək üçün danışıqlar aparır.

Tripathi həmçinin bəyan edib ki, Yeni Dehli Hind okeanında Çin HDQ-nin fəaliyyətinə nəzarət etmək üçün səylərini gücləndirib.

Paris və Yeni Dehli illərdir “Rafale” təyyarələri ilə bağlı razılığa gəlsələr də, Hindistanın Baş naziri Narendra Modiyə qarşı korrupsiya iddiaları səbəbindən tədarüklər gecikir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Rafale  


Bizi "telegram"da izləyin