Almaniyanın yeni Milli Təhlükəsizlik və Müdafiə Sənayesi Strategiyası təsdiqlənib

2024/12/1733560141.jpg
Oxunub: 347     11:03     10 Dekabr 2024    
Almaniyada Nazirlər Şurası Almaniyanın müdafiə qabiliyyətini daha da artırmaq məqsədilə silah sənayesini gücləndirmək üçün ölkənin yeni Milli Təhlükəsizlik və Müdafiə Sənayesi Strategiyasını təsdiqləyib.

Ordu.az xəbər verir ki, Almaniya İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyindən verilən açıqlamada Nazirlər Şurasının ölkənin federal hökumətin təhlükəsizlik və müdafiə sənayesinin gücləndirilməsinə istiqamət verəcək yeni Milli Təhlükəsizlik və Müdafiə Sənayesi Strategiyasını təsdiqlədiyi qeyd edilib.

Açıqlamada bildirilib ki, yeni strategiya 2020-ci ildən etibarən Almaniya federal hökumətinin təhlükəsizlik və müdafiə sənayesinin gücləndirilməsi üzrə strategiya sənədini əvəz edəcək.

Qeyd edilib ki, bu yeni strategiya Rusiya-Ukrayna müharibəsi başlayandan bəri əhəmiyyətli dərəcədə dəyişmiş Almaniya və Avropa tərəfdaş ölkələrinin təhlükəsizlik mühitini nəzərə alır.

Nazirliyin açıqlamasına görə, Almaniyanın yeni Milli Təhlükəsizlik və Müdafiə Sənayesi Strategiyası əsas texnologiyaları müəyyən etməklə, müdafiə sənayesinin maliyyələşdirilməsinə maneələri aradan qaldırmağı və tədarük zəncirlərini qorumağı hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Rusiya  


Bizi "telegram"da izləyin