Ordu.az xəbər verir ki, Nigeriya ordusu terrorla mübarizə və daxili təhlükəsizlik əməliyyatlarına dəstək məqsədilə aldığı 6 ədəd TUSAŞ T129 “Atak” helikopterini sursatla təmin edəcək.
Nigeriya Müdafiə Nazirliyi və Nigeriya Hərbi Hava Qüvvələrinin rəhbərliyi ilə 2024-cü ilin oktyabr ayında başladılan layihə çərçivəsində T129 “Atak” helikopterlərində istifadə üçün 20 mm-lik top və 70 mm-lik raketlərin tədarükü qərara alınıb.
Layihə çərçivəsində Bolqarıstanın “Kalandor” şirkəti ilə 21 milyon dollarlıq müqavilə imzalanıb.
Bildirilir ki, 14 ay davam etməsi gözlənilən müqavilə çərçivəsində 200 min ədəd 20 mm-lik top sursatı, 5 min ədəd 70 mm-lik raket və 50 ədəd ROKETSAN istehsalı “Cirit” lazerlə idarə olunan raketi təhvil veriləcək.
Sevinc Əliyeva
Ordu.az