İlk ekipajlı uçuş: Çin Aya astronavtları necə göndərəcək?

2024/12/1733549094.jpg
Oxunub: 662     16:19     17 Dekabr 2024    
Çin “Mengzhou” kosmik gəmisi ilə ilk ekipajlı Aya eniş missiyasını həyata keçirmək istəyir. Çin Kosmik Agentliyi 2030-cu ilə qədər tamamlamaq istədiyi missiya haqqında yeni video yayımlayıb. Bəs Çin öz astronavtlarını Aya necə göndərəcək? Budur təfərrüatlar...

2030-cu ildən əvvəl həyata keçirilməsi planlaşdırılır

Çin Kosmik Agentliyi Aya ilk ekipajlı missiya ilə bağlı planlarını, o cümlədən Ayda missiya planlamasını izah edən video yayımlayıb. Çin İnsanlı Kosmik Agentliyi (CMSA) tərəfindən yayımlanan tanıtım videosu təkcə planlaşdırılan fəaliyyətlərin animasiyalarını deyil, həm də Ay missiyasını mümkün etmək üçün hazırlanmış avadanlıqların sınaqlarını nümayiş etdirib.

Çinin Aya enişinin 2030-cu ildən əvvəl baş tutması planlaşdırılır.


Astronavtlar Aya necə gedəcəklər?

Bu missiya hazırda inkişaf etdirilən “Long March 10” raketinin 2 dəfə buraxılışını, “Mengzhou” adlı ekipajlı kosmik gəminin və “Lanyue” adlı Aya eniş aparatının ayrıca buraxılışlarını əhatə edəcək. Burada iki kosmik gəmi eniş edəcək və bir cüt astronavt “Lanyue”yə keçərək, Ay səthinə enəcək.

Videoda “Lanyue”ni Ayda səthə yerləşdirilən bir Ay roveri ilə birlikdə göstərir. Daha sonra astronavtların Ay roverini idarə etdiyi və planlaşdırılan marşrutlar üzrə hərəkət etdiyi göstərilir.


Geyimlərin sınaq simulyasiyaları yer aldı

Bundan əlavə, astronavtların Aya enərkən, geyinəcəkləri geyimlər və digər yer sınaqları da videoda yer alıb. Son olaraq videoda Haynan adasındakı “Wenchang” Peyk Buraxılış Mərkəzinin Ay missiyasının buraxılışlarına ev sahibliyi etməyə hazır olduqda necə görünəcəyini təqdim edən bir görüntü yayımlanıb.


NASA 2026-cı ili hədəfləyir

Bu arada NASA “Apollon” proqramının bitməsindən sonra ilk dəfə olaraq astronavtlarını Ay səthinə qaytarmaq üçün çalışır. Hər şey plana uyğun getsə, 2026-cı ilin sonunda “Artemis 3” missiyası ilə baş tutacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NASA   Çin   Ay  


Bizi "telegram"da izləyin